AZ

Əbu-Dabidən Qəbələyə aşağıbüdcəli aviareys açılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı "Wizz Air Abu Dhabi" Qəbələ Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq.
Oxu.Az xəbər verir ki, aviaşirkət iyunun 19-dan etibarən Azərbaycanın füsunkar bölgəsi Qəbələ ilə dinamik inkişaf edən Əbu-Dabi arasında uçuşları həyata keçirəcək.
Qeyd olunur ki, reyslər həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviabiletlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.
"Qəbələyə yeni beynəlxalq reysin açılması ölkəmizə daha çox xarici turistin gəlməsinə şərait yaradacaq, regionun biznes potensialını artıracaq və iki ölkə arasında mədəni, iqtisadi əlaqələri daha da gücləndirəcək. Qəbələ təbii gözəllikləri, zəngin mədəni irsi və müasir turizm infrastrukturu ilə nadir ahəng yaradır və artıq biz BƏƏ-dən, eləcə də dünyanın hər yerindən olan qonaqlar üçün daha əlçatan olduq", - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
Qeyd edək ki, "Wizz Air Abu Dhabi" - "ADQ" və "Wizz Air Holdings" Plc şirkətlərinin birgə müəssisəsi olub, Avropa, Afrika, Yaxın Şərq və Asiyanın 20-dən çox şəhərinə uçuşlar həyata keçirən "ultra-lowcost" aviadaşıyıcıdır. Aviaşirkət BƏƏ-nin paytaxtından əlçatan istiqamət şəbəkəsini aktiv şəkildə genişləndirərək dünyanın ən təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı aviadaşıyıcıları sırasındadır.
Seçilən
28
17
oxu.az

10Mənbələr