AZ

Ekrem İmamoğlunun diplomu ləğv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Ekrem İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.
Oxu.Az "Haber Global"a istinadən məlumat verir ki, bu barədə universitet rəsmi açıqlama yayıb.
Bildirilib ki, daha əvvəl Ali Təhsil Qurumu (YÖK) siyasətçiyə məxsus təhsil sənədlərinin saxta olduğu barədə rəy verib. Universitetin təftiş komissiyası da məhz bu rəyə əsasən diplomun ləğvi barədə qərar qəbul edib.
Qərar, eləcə də bu qərara əsaslanan bütün məlumat və sənədlər İstanbul Prokurorluğuna və Ali Təhsil Qurumuna təcili şəkildə göndəriləcək.
Seçilən
31
14
oxu.az

10Mənbələr