AZ

Vəzifəli şəxsləri öldürməyə çağırış edən AXCP üzvləri həbs edildi - VİDEO

AXCP fəalları Zaur Əsgərov və Gündüz Mirzəyev həbs ediliblər. 
"Unikal" xəbər verir ki, onlar barəsində Cinayət Məcəlləsinin 281.2 maddəsi ilə həbs qəti imkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri - Zaur Əsgərov və Gündüz Mirzəyev sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirərək, geniş əhali kütlələri bu kimi fəaliyyətlərə təşviq etmələrinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar

Seçilən
17
7
unikal.az

9Mənbələr