Xankəndidə uzunluğu minlərlə metr olduğu deyilən tunel və onun daxilində zirzəmi aşkarlanıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, həbsxana olduğu ehtimal edilən zirzəminin giriş qapılarından biri şəhərin mərkəzi küçələrindən birində yerləşir.
Zirzəminin otaqlarının dəmir qapıları çöldən 4 ədəd qurğu ilə bağlanır.
Tikilinin Vətən müharibəsi zamanı sığınacaq kimi istifadə edildiyi də güman olunur.