AZ

Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTO

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Belarus" markalı traktor yola çıxarkən magistralda hərəkətdə olan "Vaz-2106" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin Gülmirə Aslanova hadisə yerində ölüb.

Nəqliyyat vasitəsində olan digər sərnişinlər Şabran rayon sakinləri Nərminə Cəfərova, Nuray Əliyeva, Mərt Aslanov və Zeynəb Aslanova xəsarət alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şabranda Şabranda
Seçilən
4
4
apa.az

5Mənbələr