AZ

Şabranda ağır yol qəzası - ölən və yaralananlar var

Şabranda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonun Agalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Belarus” markalı traktor qarşı istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilinin yoluna çıxaraq ona çırpılıb.

Avtomobildə olan Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.

Digər dörd nəfər isə – Şabran rayon sakinləri 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
8
olke.az

10Mənbələr