AZ

Xankəndi şəhərində Novruz bayramı qeyd olunur (FOTO)

Bakı. Trend:

Xalqımızın qədim el bayramı Novruzun gəlişi Xankəndi şəhərindəbayram şənliyi ilə qeyd olunur.

Trend xəbər verirki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə,Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı iləXankəndi şəhərində Zəfər meydanında “Xankəndinin bahar nəğməsi”adlı konsert keçirilir. Yazın gəlişi Qarabağda, Xankəndidədiyarında böyük coşqu ilə qarşılanır.

Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarınınrəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsulşəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirakediblər.

Tədbir iştirakçıları əvvəlcə meydan ərazisində Novruzatributları, milli ornamentlərlə bəzədilmiş Xankəndidə hazırlananşirniyyatlara və əl işlərindən ibarət müxtəlif stendlərlə tanışolublar. Bayram təbrikləri səsləndirilib. Bildirilib ki, Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruzbayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanındörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir. Artıq5-ci dəfədir ki, Prezident bayram tonqalını azad edilmiş Qarabağtorpağında qalayır. Prezident 2021-ci ildə Şuşada, 2022-ci ildəSuqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndişəhərində, bu gün 2025-ci il mart ayının 18-də isə Ağdərə rayonununHəsənriz kəndində bayram tonqalını qaladı. Bu, böyükxoşbəxtlikdir.Novruz torpağın oyanması, ruhun təzələnməsi, həm dəmilli birlik bayramıdır. Böyük qürur hissi ilə deyə bilərik ki,özünün ən şanlı tarixini yaşayan müasir, suveren Azərbaycanınmüstəqilliyi əbədi və dönməzdir. Bayram tədbirində Zəfər meydanındaNovruz tonqalı alovlandırılıb. Ocaqlarımız yanar olsun!

Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Seçilən
13
11
az.trend.az

10Mənbələr