AZ

“Putin Trampın ideyasını dəstəklədi” – Kreml


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtina etməsi ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələr endirməmək təklifini irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verdi və dərhal Rusiya hərbçilərinə müvafiq əmri verdi”, - Kremlin bəyanatında deyilir.
Eyni zamanda, Kremlin məlumatına görə, Putin bütün döyüş təmas xətti boyunca atəşkəsə nəzarətlə bağlı bir sıra mühüm məqamları qeyd edib, həmçinin Ukraynada məcburi səfərbərliyin dayandırılmasının və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlandırılmasının zəruriliyindən danışıb.
Rusiya prezidenti həmçinin xarici hərbi yardımın tamamilə dayandırılmasını və Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini eskalasiyanın qarşısını almaq üçün əsas şərt adlandırıb.
Seçilən
18
41
yeniavaz.com

10Mənbələr