Futbol üzrə Azərbaycan I Liqasında ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Qəzənfər Abbasov MOİK-i tərk edib.
Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib. O, seçimi özünün etdiyini bildirib:
"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".
Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.
“Ayın qolu” layihəsinin qalibləri bəlli olub
"Zirə" onu da komandada saxlayacaq - EKSKLÜZİV
Millimiz məğlub oldu - YENİLƏNİB
Sabiq "Neftçi"li yenə istefaya göndərildi
UEFA-nın dəstəyi ilə Lənkəranda “Qızlar Futzal Kuboku” keçirilib