AZ

Xankəndidə çərşənbə tonqalı alovlandırıldı

Xalqımızın qədim el bayramı Novruzun gəlişi ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də bayram şənliyi ilə qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilib. Yazın gəlişi Qarabağda, Xankəndidə böyük coşqu ilə qarşılanır.

Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seçilən
30
1
publika.az

10Mənbələr