Heç nə bizə müharibə məqsədlərimizə tam çatmağa mane ola bilməz.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
O bildirib ki, İsrail “artan təzyiq”lə HƏMAS-a qarşı hərəkətə keçəcək.
“Bu, sadəcə başlanğıcdır. Heç nə bizə müharibə məqsədlərimizə tam çatmağa mane ola bilməz. Hərbi təzyiq girovların azad edilməsi üçün kritik şərtdir. Danışıqlar yalnız “atəş altında” davam edəcək”, - o qeyd edib./Globalinfo