AZ

Trampdan Putinlə söhbətindən sonra ilk AÇIQLAMA

“Ukraynadakı münaqişənin tənzimlənməsi prosesi indi tam gücü ilə davam edir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının nəticələri ilə bağlı ABŞ Prezidenti Donald Tramp bildirib.

“Ümid edirik ki, bəşəriyyət üçün bu işi yerinə yetirəcəyik”, – deyə amerikalı lider “Truth Social” platformasında yazıb.

ABŞ prezidenti telefon danışığını “çox yaxşı və məhsuldar” adlandırıb.

Dövlət başçısı bildirib ki, rusiyalı həmkarı ilə Ukraynada tam atəşkəs rejiminin tətbiqi ilə bağlı “sürətli iş” üzrə razılığa gəliblər.//Oxu.az

Seçilən
74
3
konkret.az

10Mənbələr