ABŞ komandasının baş məşqçisi Maurisio Poçettino İngiltərə yığmasına rəhbərlik etməməsinin səbəbini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu vəzifə üçün hazır olmadığını deyib:
“Hər şey zamanın anına aiddir. Keçmiş prezidentim Daniel Levi ilə danışdım və o, futbolda hər şeyin andan asılı olduğunu söylədi.
O, mənə həmişə deyirdi: “Poçettino, vaxt həmişə vacibdir”.
Bu, doğrudur, çünki onun futbolda təcrübəsi var və İngiltərə millisinin baş məşqçisi olmaq böyük şərəfdir.
Lakin bəzən vaxt sizin hazır ola biləcəyiniz zamanla üst-üstə düşmür və bu seçim yox olur”.