AZ

Türkiyəli aktrisadan sürpriz paylaşım - Trampın evində görüntüləndi

Türkiyədə "Adını Feriha Koydum" serialındakı rolu ilə daha çox tanınan məşhur aktrisa Ceyda Ateş paylaşımı ilə izləyicilərini təəccübləndirib. Belə ki, 36 yaşlı aktrisa ABŞ Prezidenti Donald Trampın evində təşkil olunan bir tədbirdə iştirak edib.

hakimiyyet.az-ın verdiyi məlumata görə, şəkillər onun sosial media hesabında paylaşılıb.

"ABŞ Prezidenti Donald Trampın evindəki tədbir sürpriz sonla bitdi. Vanilla Ays (məşhur amerikalı reper - red.) Türkiyəni çox sevdiyini dedi", - deyə o, paylaşımında bildirib.

Ateşin paylaşımları sosial mediada böyük marağa səbəb olub. İstifadəçilər onun Trampın evindəki tədbirə necə qatıldığı ilə maraqlanıblar.

Qeyd edək ki, Ceyda Ateş hazırda həyat yoldaşı Buğra Toplusoy və qızı Talia ilə birlikdə ABŞ-də yaşayır.

Seçilən
62
2
hakimiyyet.az

10Mənbələr