I Liqaa çıxış edən MOİK-də ayrılıq yaşanıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi postunda çalışan Qəzənfər Abbasov MOİK-i tərk edib.
Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim.
Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".
O, 2022-ci ilin qışından bu vəzifədə idi.