AZ

Əfqanıstanda qadınların səsinə də qadağa gəldi

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb.

“Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır”, - məlumatda bildirilib.

O da deyilir ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var.

Qeyd edək ki, Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.

Seçilən
21
9
qafqazinfo.az

10Mənbələr