AZ

Oğlan yetkinlik yaşına çatmayan sevgilisini kimsəsiz evə apardı - Kürdəmirdə dəhşətli hadisə

Kürdəmir rayonunda 2003-cü il təvəllüdlü Asim sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Ləmanla (adlar şərti verilib) cinsi əlaqəyə girib.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 2024-cü ilin aprel ayında da təkrarlanıb.

İstintaq orqanı tərəfindən Asim barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, ailəsi ilə Kürdəmir şəhərində yaşayır: "Ləmanla təxminən 2023-cü ilin əvvəllərində hazırlıq kursuna gedən zaman küçədə tanış olduq. Həmin vaxtdan etibarən mütəmadi olaraq telefonla danışırdıq. Kürdəmir rayonu ərazisində görüşərək söhbət edirdik və beləliklə, biri-birimizə sevgi hisslərimiz yarandı".

Asim qeyd edib ki, daha sonra Ləmanla mütəmadi olaraq telefon əlaqəsi saxlayıb və onların parkda və küçədə görüşləri olub: "Ləmanla "WhatsApp" vasitəsilə intim mesajlar göndərərək danışmışıq. Sonuncu dəfə telefonda danışarkən yenə cinsi əlaqəyə girmək barədə razılığa gəldik. 2024-cü ilin aprel ayının əvvəlində görüşdük, birlikdə idarə etdiyim avtomobillə yaşadığım evə getdik. Hazırda Ləmanla nişanlanmışam və yetkinlik yaşına çatandan sonra el adətinə görə toy edib ailə həyatı quracağıq".

İş üzrə zərərçəkmiş Ləman isə bildirib ki, valideynlərinin nikahı 2022-ci ilin iyun ayında məhkəmə qərarı ilə ləğv edilib: "Məhkəmənin qərarına əsasən, bacılarımla anamın yanında qalmağa başladıq. Hazırda Kürdəmir şəhərində kirayədə yaşayırıq. Birinci sinfə Kürdəmir rayonunun kəndində yerləşən orta məktəbdə başlamışam və 3-cü sinfə qədər orada oxumuşam. 3-cü sinfi Kürdəmir şəhərindəki tam orta məktəbdə, 5-ci və 6-cı sinifləri isə şəhərin digər məktəbində oxumuşam. Valideynlərim boşandıqdan sonra başqa məktəbə keçdim və hazırda həmin məktəbin 8-ci sinfində oxuyuram".

"Bacım Günay və Günel də həmin məktəbdə oxuyurlar. Günay 3-cü sinifdə, Günel isə 6-cı sinifdə təhsil alır. Anam isə Kürdəmir şəhərində ticarət mərkəzində satıcı işləyir".

Zərərçəkmiş qeyd edib ki, 14 may 2024-cü ildə bacısı Günayı məktəbdən götürmək üçün gedərkən anasının sevgilisi Sənan küçədə maşını onun yanında saxlayıb və "Axşam vaxtı küçədə nə gəzirsən?" deyə soruşub, ona maşına oturmasını bildirib: "Ondan çəkindiyimdən maşına oturdum. Sənan maşını məktəbə doğru sürərək bacımı məktəbdən götürdü və evə aparmaq istədi. Həmin vaxtda sevgilim Asim də uzaqdan küçə ilə arxamca gəlirdi.

Mənim maşına mindiyimi görən Asim Sənanın maşınını saxlatdırdı. Sənan aşağı düşüb Asimlə söhbət etməyə başladı. Həmin an maşından aralanıb qaçdım, ərzaq mağazasının qarşısına gələrək orada taksilərdən birinə əyləşdim və evimizə qayıtdım. Evdə anama Sənanın mənim dalınca gəldiyini dedim. Anam da mənə göz-qulaq olmağı Sənana tapşırdığını bildirdi".

Ləmanın ifadəsinə görə, növbəti gün Daxili İşlər Nazirliyinin "102" Çağrı Mərkəzinə zəng edərək Sənanın onu maşına əyləşdirərək aparması barədə məlumat verib: "Daha sonra atam Əsədə zəng edib məni aparmasını xahiş etdim. Atam da gəlib məni apardı".

Zərərçəkmişin ifadəsinə görə, Asimi valideynlərim boşandıqdan sonra, təxminən 2022-ci ilin iyun ayında tanıyıb: "Həmin vaxt repetitor yanına hazırlığa gedərkən Asim məni görüb bəyəndi. Daha sonra "Instagram" sosial şəbəkəsində yazışmağa başladıq. Hazırda aramızda sevgili münasibətləri var, onu sevirəm, o da məni sevir. Asimlə münasibətim haqqında anamın da məlumatı var.

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 11 ay 29 gün şərti cəza verilib.

Seçilən
16
3
far.az

10Mənbələr