Haiti millisi Bakıya gəlib.
Sportinfo.az HFF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu komanda Bakıya təşrif buyuran kimi iclas keçirib və martın 22-də Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununa hazırlığa başlayıb.
Azərbaycan - Haiti oyunu Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.