AZ

Dris Mertens "Qalatasaray"dakı gələcəyi ilə bağlı yekun qərarını açıqlayıb

"Qalatasaray" klubunun belçilkalı ulduzu Dris Mertens rəhbərliklə görüşərək komandadakı gələcəyi ilə bağlı qərarını açıqlayıb.

hakimiyyet.az "SporX"ə istinadən xəbər verir ki, Dries Mertens cari mövsümün sonunda futbolu buraxıb, Okan Burukun məşqçi heyətinə qatılacaq.

Qeyd edək ki, Dris Mertens 2022-ci ilin avqust ayından etibarən "Qalatasaray" forması ilə çıxış edir. O bu mövsüm ümumilikdə 42 oyunda meydana çıxıb beş qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
11
1
hakimiyyet.az

10Mənbələr