AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 77 Bakı şəhəri, 13 mart 2025-ci il

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünü və həmin zona bölgüsü əsasında ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız üzərində və elektron formada qrafik təsvirini (xəritəsini) təsdiq etsin;

2.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə mütəmadi aparılan monitorinqlər nəticəsində şəhərsalma və ərazi planlaşdırılması sənədlərində edilmiş dəyişikliklər nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin icarə haqlarının real vəziyyətə uyğunlaşdırılması üçün sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən edilmiş zonalar əsasında icarə haqqının məbləğinə (bazis qiymətinə) və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxsın və zərurət yarandıqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılmış təklif təqdim etsin;

2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
16
xalqqazeti.az

1Mənbələr