AZ

Azərbaycanlı məşhurlar "İlaxır çərşənbə"sini malikanələrində qeyd etdilər

Ötən gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbə qeyd edilib. 

BAKU.WS xəbər verir ki, bu çərşənbəni adi vətəndaşlarla yanaşı, məşhurlar da qeyd ediblər: kimisi xaricdə, kimisi isə öz evində... Rəqqasə Fatimə Fətəliyeva ilə aktrisa Pərvin Abıyeva da bayramı öz bağ evlərində keçiriblər. 

Onlar bahalı malikanələrinin həyətində tonqal yandıraraq baharın gəlişini bayram ediblər.

Məşhurlar həmin an lentə alınan əyləncəli görüntülərini sosial şəbəkə hesabında paylaşıblar. 

Xatırladaq ki, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.

İnanclara görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Seçilən
31
far.az

1Mənbələr