AZ

Millətlər Liqası: Bu gün 12 oyun var

UEFA Millətlər Liqasınıda bu gün 1/4 final və pley-off mərhələsinin ilk matçları baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar arasında ilk olaraq Türkiyə "Rams Park"da Macarıstanı sınağa çəkəcək.

Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran görüşlərdən biri Xorvatiyada yerli komanda ilə Fransa arasında baş tutacaq. Cütün qalibi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olacaq.

UEFA Millətlər Liqası

20 mart

1/4 final

23:45. Xorvatiya – Fransa

23:45. İtaliya – Almaniya

23:45. Niderland – İspaniya

23:45. Danimarka – Portuqaliya

A və B Liqaları

Pley-off, ilk oyunlar

21:00. Türkiyə – Macarıstan

23:45. Avstriya – Serbiya

23:45. Ukrayna – Belçika

23:45. Yunanıstan – Şotlandiya

B və C Liqaları

Pley-off, ilk oyunlar

21:00. Ermənistan – Gürcüstan

23:45. Slovakiya – Sloveniya

23:45. Bolqarıstan – İrlandiya.

23:45. Kosovo – İslandiya

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri martın 23-də reallaşacaq.

Seçilən
2
4
bakivaxti.az

6Mənbələr