AZ

Metroda bu düyməni sıxmayın! - Real görüntülər

Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk iki ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olublar. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

 

Bildirilib ki, bunlardan 336-sı dayanma ehtiyacı olmadığı halda "STOP" açarının işə salınması nəticəsində baş verib.

 

Ehtiyatsız davranan 129 sərnişin eskalatorda yıxılıb, onlardan 7-si xəsarət alıb.

 

Sərnişinlərin əşyalarının eskalator elementlərinə ilişməsi nəticəsində isə 69 yıxılma halı qeydə alınıb.

 

 
 

Tarix: 25 Mart 2025, 14:21   
Seçilən
29
1
pravda.az

2Mənbələr