Tailandın paytaxtı Banqkokda güclü zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə nəticəsində ən azı 43 işçi dağıntı altında qalıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Banqkokda güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, Myanmada ard-arda 7,7 bal və 6,4 bal gücündə iki zəlzələ baş verib.
Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində hiss olunub.