Bu gün Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscidin uçması nəticəsində ən azı 10 nəfər həlak olub...
“Report” xəbər verir ki, bu barədə yerli “Khit Thit” nəşri məlumat yayıb.
Bundan başqa, Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və rahibliyə hazırlanan bir nəfər həlak olub.
***
Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün təxminən beş aşırımı zəlzələ nəticəsində uçub.
Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
***
Tailandda güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 43 nəfər dağıntılar altında qalıb.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Banqkokda tikilməkdə olan binanın uçması nəticəsində azı 43 işçi dağıntılar altında qalıb.
Tailandın Baş naziri Banqkokda fövqəladə vəziyyət elan edib.
Çin Zəlzələ Administrasiyasının məlumatına görə, Myanmada baş verən zəlzələ 7,9 bal gücündə olub. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub. Hündürmərtəbəli binalarda yaşayan sakinlər evlərini tərk etməyə çağırılıb.
***
Tailandın paytaxtı Banqkokda güclü zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə nəticəsində ən azı 43 işçi dağıntı altında qalıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Banqkokda güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, Myanmada ard-arda 7,7 bal və 6,4 bal gücündə iki zəlzələ baş verib.
Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində hiss olunub.
Poliqon.info