AZ

Azərbaycan xaricdən ərzaq alışını - 200 MİLYON DOLLAR AZALDIB – YENİ RƏQƏMLƏR

Azərbaycan xaricdən ərzaq alışını 2023-cü ildə 203 milyon dollar azaldıb. 

FED.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən il xaricdən 2 milyard 160 milyon dollarlıq yeyinti məhsulları alınıb ki, bu 2022-ci illə müqayisədə 203 milyon dollar və ya 8,6% azdır. 

Bəzi məhsullar üzrə idxalın azalması 30-40%-ə çatır. Bir sıra məhsullarda isə əksinə, idxal daha da artıb. 

Beləliklə, 2023-cü ildə idxalı ən çox azalan məhsul buğda olub – 2022-ci ildəki 436 milyon dolların qarşısında 2023-də xaricdən ölkəyə cəmi 304 milyon dollarlıq buğda gətirilib – 133 milyon dollarlıq qənaət yaranıb.

İdxalı azalan 2-ci məhsul  bitki və heyvan mənşəli yağ və piylərdir – 2023-cü ildə bu məhsuldan ölkəyə 184 milyon dollarlıq idxal edilib. 2022-ci ildə isə bu rəqəm 297 milyon dollar idi – 114 milyon dollar və ya 38% qənaət baş verib. 

Xaricdən idxcalı azalan digər məhsul kərə yağıdır. 2022-ci ildə ölkəyə xaricdən 108 milyon dollarlıq kərə yağı idxal edilmişdi, 2023-cü ildə bu rəqəm 92 milyon dollara enib. 

Ötən il xaricdən meyvə-tərəvəzin idxalı da 4-6 milyon dollar azalıb. Əvəzində ötən il xaricdən Azərbaycana düyü və süd-qaymaq idxalı artıb. İdxal edilən düyünün həcmi 50 min tondan 54 min tona, onun dəyəri isə 42 milyon dollardan 50 milyon dollara yüksəlib. Süd qaymaq idxalı isə 19 milyon dollardan 24 milyon dollara artıb. 

Daha detallı cədvəldə :

Məhsullar

Dəyər

2023

(min

dollar)

Dəyər

2022

(min

dollar)

Artım-

azalma

(min

dollar)

Artım-azalma faizlə

Yeyinti mәhsulları

2 160 158

2 363 142

- 202 984

- 8,6%

O cümlədən

 

 

 

 

Әt

86 739

84 264

+ 2 475

+ 2,9%

Süd vә qaymaq

23 906

18 955

+ 4 951

+ 26,1%

Kәrә yağı

92 416

108 182

- 15 765

- 14,6%

Tәrәvәz vә meyvә

229 914

235 987

- 6 073

- 2,6%

Çay

70 557

75 469

- 4 912

- 6,5%

Buğda

303 983

436 551

- 132 568

- 30,4%

Qarğıdalı

20 825

24 155

- 3 330

- 13,8%

Düyü

50 086

42 550

+ 7 535

+17,7%

Bitki-heyvan

mәnşәli piylәr

vә yağlar

183 676

297 491

- 113 814

-38,3%

 

2023-cü ildə Azərbaycana ərzaq məhsullarının idxal miqdarı 2022-ci illə müqayisədə 8,2% azalıb.

Daha detallı cədvəldə :

Məhsullar

Miqdar

(ton)

2023

Miqdar

(ton)

2022

Artım -azalma

(ton)

Artım- azalma Faizlə

%

Yeyinti mәhsulları

1 887 806

2 056 626

- 168 821

- 8.2%

O cümlədən

 

 

 

 

Әt

41 708

44 573

- 2 865

- 6.4%

Süd vә qaymaq

12 661

10 088

+ 2 573

+25.5%

Kәrә yağı

16 596

18 563

- 1 966

- 10.6%

Tәrәvәz vә meyvә

352 882

378 098

- 25 216

- 6.7%

Çay

13 676

14 406

- 730

- 5.1%

Buğda

1 175 341

1 292 996

- 117 655

- 9.1%

Qarğıdalı

73 062

75 864

- 2 802

- 3.7%

Düyü

54 591

50 236

+ 4 355

+8.7%

Bitki vә heyvan mәnşәli piylәr vә yağlar

147 287

171 802

- 24 514

- 14.3%

Seçilən
352
9
fed.az

10Mənbələr