AZ

“Qarabağ”dan qapıçısına yeni müqavilə təklifi

“Qarabağ” klubu qapıçısı Andrey Lunyovun komandada qalmasını istəyir.

Msport.az xəbər verir ki, bu barədə rusiyalı qolkiperin meneceri Anton Smirnov “RB Sport”a açıqlamasında bildirib.

O, Ağdam təmsilçisinin oyunçuya yeni müqavilə təklif etdiyini və hazırda şərtlərin müzakirə olunduğunu vurğulayıb.

Qeyd edək ki, Lunyov cari mövsüm 22 matçda iştirak edib. Onun hazırkı müqavilə müddəti yayda başa çatır.

Seçilən
155
7
msport.az

10Mənbələr