Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Namizədlər Patrik Şik (“Bayer”), Rafael Leao (“Milan”), Məhəmməd Salah (“Liverpul”) və Məhəmməd Kudusdur (“Vest Hem).
UEFA-nın saytında keçirilən sorğudan sonra qalibin adı açıqlanacaq.
Qeyd edək ki, Şik "Qarabağ"la oyunun əlavə vaxtında (90+3, 90+8) dubl edərək komandasını növbəti mərhələyə daşıyıb.