Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, İran və İsrail arasında müharibə getdikcə şiddətlənir:
“İranın dron və raket hücumlarından sonra şübhəsiz ki, İsrail İrana cavab verməli idi. Böyük ehtimal qarşıdakı dövrdə bu cür cavabların sayı artacaq. İranın mərkəzinə dron hücumlarının edilməsi də bunun bir göstəricisidir. Artıq birbaşa İran və İsrailin toqquşması Yaxın Şərqdə genişmiqyaslı müharibəni alovlandıra bilər. İran öz gücləri ilə İsrailin regionda hegemonluğuna, nüfuzuna zərbə vurmağa çalışırdı. ABŞ istəyirdi ki, İsrailin regionda mövqeləri dayanıqlı olsun. Yeri gəlmişkən qeyd edək ki, İsrailə yönələn dronların qonşu ölkələrin səmasında vurulmasında da ABŞ və digər dövlətlər fəal iştirak edir. Artıq İran və İsrailin birbaşa mübarizəyə keçməsi Yaxın Şərqdə olan bütün məsələlərin daha da böyüməsinə səbəb ola bilər. İstənilən halda daha rasional davranmaq lazımdır”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
nocomment.azQəzza zolağında nəzarət missiyası kimə veriləcək? ( 6773548)
-
ikisahil.azABŞ Aİ missiyasının "Rəfah" buraxılış məntəqəsinə nəzarət etməsini istəyir ( 6758635)
-
far.azDigər ölkələrABŞ Aİ missiyasının "Rəfah" buraxılış məntəqəsinə nəzarət etməsini istəyir ( 6758389)
-
far.azDigər ölkələrABŞ Aİ missiyasının "Rəfah" buraxılış məntəqəsinə nəzarətini istəyir ( 6758095)
-
report.azABŞ Aİ missiyasının "Rəfah" buraxılış məntəqəsinə nəzarətini istəyir ( 6758035)
-
far.azDigər ölkələrABŞ və İsrail Rəfah əməliyyatının alternativini müzakirə ediblər ( 6680812)
-
ikisahil.azABŞ və İsrail Rəfah əməliyyatının alternativini müzakirə ediblər ( 6680566)
-
bizimyol.infoABŞ və İsrail Rəfah əməliyyatının alternativ variantlarını müzakirə ediblər ( 6680503)
-
report.azABŞ və İsrail Rəfah əməliyyatının alternativini müzakirə ediblər ( 6680299)
-
visiontv.azAmerika və İran Omanda danışıqlar aparıb ( 6649120)