AZ

Çin də Zəngəzur üçün qollarını çırmaladı - ABŞ-dən həmlə gecikmədi

Hazırda Mərkəzi Asiya bazarları uğrunda mübarizə güclənir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bu, bir tərəfdən Mərkəzi Asiyanın zəngin resurslara malik olması ilə bağlı amildir:

"Digər tərəfdən, bu mübarizəyə təsir göstərən ciddi faktorlardan biri və başlıcası geosiyasi faktordur. Çünki Mərkəzi Asiya iki əsr bundan əvvəl Rusiya və Britaniya arasında ciddi mübarizə obyekti olub. Bu gün isə Mərkəzi Asiya bazarları uğrunda Qərb və Rusiya ilə yanaşı, Çin də mübarizə aparır. Burada Çinin və Rusiyanın müəyyən mənada ortaq maraqları var. Hər iki tərəf Qərbin Mərkəzi Asiyada nüfuz dairəsinin gücləndirilməsinə qarşı çıxış edir və eyni zamanda bölgədə öz maraqlarını qorumaq istəyirlər.

Çinin irəli sürdüyü bir kəmər bir yol layihəsinə Azərbaycan da ciddi maraq göstərir. Bu layihə ABŞ-nin müəyyən mənada maraqlarına cavab vermir. Ona görə də ABŞ Zəngəzur dəhlizi ətrafında aparılan danışıqlarda bu layihənin gerçəkləşməsinin qarşısını almaq üçün alternativ yollar təklif edib. Hindistandan, Mərkəzi Asiyaya sonra İsrailə, oradan da Avropa ölkələrinə gedə biləcək məlum yolu irəli sürüb. Rusiyanın mövqeyi Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Bu nəqliyyat dəhlizinin gerçəkləşməsində ən ciddi imkanlardan birinə malik olan ölkə Azərbaycandır”.

Politoloq bildirib ki, Azərbaycan hazırda bölgədə çox ciddi işlər görür:

"Buna misal olaraq Qazaxın kəndləri ilə bağlı əldə olunan nailiyyəti göstərmək olar. Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması Bakı-İrəvan arasında demarkasiya bağlı müzakirədə əldə etdiyimiz ilk ciddi uğurdur. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının ciddi qələbəsidir. Ermənistan bu ərazilərin Azərbaycana aid olduğunu etiraf edirdi. Bu ərazilər mübahisəli ərazilər deyildi. Ermənistanın konstruktiv mövqe və siyasi iradə nümayiş etdirəcəyi təqdirdə bu ilin noyabr ayına qədər tərəflər arasında sülh müqaviləsi imzalana biləcəyini istisna etmirəm.

Azərbaycanla Ermənistan 1991-ci ildə beynəlxalq birliyin üzvü oldu. Yəni hər iki dövlətin ərazisi, o sərhədlər daxilində qəbul olunub. Ermənistan da Almatı bəyannaməsinin müddəasından çıxış edərək, Azərbaycanla sərhədlərinin həmin bəyannamənin prinsiplərinə uyğun olaraq müəyyən edilməsini təklif edir. Amma burda Azərbaycanın mövqeyi fərqlidir. Azərbaycan qeyd edib ki, Ermənistan da Azərbaycan kimi özünün dövlət müstəqilliyini bərpa edib. Söhbət 1918-1920-ci illər Azərbaycan və Ermənistanın tarixi ərazilərindən gedə bilər. Sovet dövründə isə mərkəzdə olan bəlli tədbirlər nəticəsində Azərbaycan torpaqları pay olaraq Ermənistana verilib.

Müzakirələrin gedişində Azərbaycan çalışacaq ki, cümhuriyyətə aid olan torpaqların Ermənistan tərəfindən ona qaytarılması məsələsini daim gündəmdə saxlasın. Bu da müəyyən zaman və vaxt aparacaq. Amma bütövlükdə əgər Ermənistanın mövqeyi Qərbdən bəlli dairələrdən ciddi təzyiq olmayacaqsa, güman edirəm ki, Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan üçün çox məqbuldur. Ermənistan hakimiyyəti dövlət maraqlarını düşünürsə, bu şərtlərdən çıxış edib, Azərbaycanla sülh müqaviləsi imzalamağa gedə bilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23103
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14661
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14455
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11381
Helikopterin qalıqları tapılıb
9272
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8041
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7037
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6690
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5209
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5014
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4731
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4115
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3878
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3558
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2818
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2097
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1699
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1646
Azərbaycan nefti ucuzlaşdı
1634
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1360