AZ

"Bu legonerləri "Neftçi"yə üç-beş manata gətirməyiblər"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ” - "Neftçi” ilə qarşılaşdı.

İlk oyunda olduğu kimi bu dəfə də qələbə qazanan (4:1) Ağdam klubu kubokun finalına adını yazdırdı.

Ümumilikdə həm ilk həm cavab görüşlərində Qurban Qurbanovun komandası "Neftçi”nin qapısından səkkiz top keçirməyi bacardı.

Son oyunda isə demək olar ki, "Qarabağ” ölkə futbolundakı prinsipial rəqibi ilə məzələnə-məzələnə oynadı.

Sportinfo.az xəbər verir ki, "Neftçi”nin sabiq baş məşqçisi "Şöhrət” ordenli mütəxəssis Ağasəlim Mircavadov qaynarinfo-ya açıqlamasında son vaxtlar durumu daha da bərbadlaşan komandanın niyə bu vəziyyətə düşməsinin səbəblərini izah etməyə çalışdı:

"Ümumiyyətlə, "Neftçi”nin son illərdə nə istədiyi bilinmir. Ancaq adı qalıb. Əvvəllər "Neftçi”nin bazası var idi. İndi isə yoxdur. Bakıxanov qəsəbəsindəki bazanın da neçə illərdir üstünü tikiblər, içi qalıb. "Qarabağ”ın əvvəllər Bakıda bazası yox idi, müxtəlif yerlərdə, otellərdə qalırdılar. Sonradan Suraxanıdakı stadionu "Qarabağ”a verdilər və baza tikdilər və orada futbola lazım olan hər şəraiti yaratdılar. Qayda belədir, ya peşəkarsan, ya da qeyri-peşəkar. Peşəkar komandasansa, hər gün səhər bazaya gəlib, axşam evə qayıtmalısan və gündə iki məşq keçməlisən. Üstəlik taktiki söhbətlər-filan da orada olunmalıdır. Mən 2004-cü ildə "Neftçi”də işləyəndə bazada qalırdım. Bilirsiniz, "Neftçi” indi onlara yaraşmayan yerdədir. Avtobusla "Razin”ə gedib, məşq edib qayıdırdıq. İndi maşallah orada 3-4 meydança var. Amma baza yoxdur. Əsas olan infrastrukturdur, yalnız bundan sonra rəhbərlik nə istədiyini müəyənləşdirə bilər”

Mircavadov tez-tez dəyişiklik edilməsinin uğur gətirmədiyini deyir:

"İki-üç ildən bir rəhbər dəyişiləcəksə, əlbəttə, fərqli məşqçilər də gələcək və uğur olmayacaq. Son yeddi-səkkiz ildə ən çox legioner alan klub "Neftçi”dir. Elə ən çox legioner yola salan da bu klubdur. Əlbəttə, hər il baş məşqçi dəyişəcəksə, heç nə olmayacaq. "Bu legionerlər top saxlaya bilmirlər” yaxşı sözdür. Onları üç-beş manata gətirməyiblər.Həmişə legioner oynatmağın tərəfdarı olmuşam. Az alsınlar, ancaq keyfiyyətli olsun. "Neftçi” yerli bazarda həm "Qarabağ”a, həm "Sabah”a uduzdu. Məlumdur ki, futbolda oyun zamanı "istirahət” də olmalıdır. Komanda oyun ərzində istirahət etməyi bacarmalıdır. Bunu da top saxlamağın hesabına etmək mümkündür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23103
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14653
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14455
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11381
Helikopterin qalıqları tapılıb
9268
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8034
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7037
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6687
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5209
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5006
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4725
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4115
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3878
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3557
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2818
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2097
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1646
Azərbaycan nefti ucuzlaşdı
1633
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1360