Dünyaca məşhur aktyor təcavüz ittihamı ilə saxlanıldı
75 yaşlı məşhur fransız aktyor Jerar Depardye 2012 və 2014-cü illərdə çəkilişlər zamanı iki qadına cinsi təcavüz etdiyi səbəbi ilə saxlanılıb.Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Depardye daha əvvəl bir çox cinsi təcavüz ittihamları ilə gündəmə gəlmişdi. Depardye 2023-cü ilin oktyabrında Le Figaro-da dərc olunan açıq məktubunda ona qarşı irəli sürülən ittihamları rədd edərək, "Mən heç vaxt bir qadına təcavüz etməmişəm" deyib. Əfsanə Rəcəb