AZ

Universitetlərdə Fələstin etirazlarından sonra ABŞ-da yeni qanun layihəsi

ABŞ-da universitet tələbələri və professorların İsrailin Qəzzaya hücumlarına etirazından sonra Nümayəndələr Palatası "Antisemitizm Maarifləndirmə Aktı" adlı yeni qanun layihəsini qəbul edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, senata təqdim edilən “Antisemitizm Maarifləndirmə Aktı” adlı qanun layihəsi 320 “hə” və 91 “xeyr” səsi ilə qəbul edilib. Sözügedən qanun layihəsi Təhsil Nazirliyindən Holokostu Anma Beynəlxalq Assosiasiyası tərəfindən qəbul edilmiş antisemitizm anlayışına əsaslanmasını və universitetlərdə baş verən hadisələri buna uyğun müəyyənləşdirməsini tələb edir. Qanun layihəsini müdafiə edən Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson universitetlərdəki etirazların “antisemitizm dalğasına” xidmət etdiyini iddia edib. Qanun layihəsini tənqid edən Respublikaçılar Partiyasından olan deputat Matt Gaetz və bəzi digər millət vəkilləri, sözügedən antisemitizm tərifinin çox geniş olduğu və ifadə azadlığı sahəsini asanlıqla daraldacağı fikrini bildirib. Qeyd edək ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının Supernova Festivalına 7 oktyabr 2023-cü ildə "Əqsa tufanı" adlandırdıqları basqından sonra İsrail ordusunun mühasirəyə aldığı Qəzzaya qarşı hücumlara bütün dünyadan reaksiyalar gəlməkdə davam edir. Əfsanə Rəcəb Manşet.az

 

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla