AZ

Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir

“Azad media demokratiyanın əsas elementidir”.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşü zamanı bildirib.

Diplomat media mənsublarının hüquqlarının qorunmasının, onların azad və sərbəst şəkildə fəaliyyətinin təmin edilməsinin zəruriliyini vurğulayıb: “Jurnalistlər riskli mühitlə üzləşirlər. Jurnalistlərin rolu, azad medianın rolu istənilən qlobal cəmiyyətdə əvəzolunmazdır. Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir. Jurnalist peşəsi getdikcə ən təhlükəli peşələrdən birinə çevrilib. 300-dən çox jurnalist həbsdədir, onlar öz işlərini gördüyü üçün həbs olunub”.

Səfir qeyd edib ki, media azadlığı Aİ-nin müxtəlif ölkələrlə əməkdaşlığının əsasında dayanır: “Həm Azərbaycanla, həm də digər ölkələrlə tərəfdaşlığımızda qanunun aliliyi, demokratiyaya hörmət əsas elementlərdir. Biz tərəfdaşlarımızın da bu prinsiplərə hörmətlə yanaşmasını istəyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
apa.az

3Mənbələr