AZ

İsrail bu halda Fələstin Administrasiyasını çökdürəcək” - ABŞ mətbuatı

Təl-Əviv rəhbərliyinin ABŞ-a baş nazir Benyamin Netanyahunun həbsinə order verilməsi ehtimalı ilə bağlı xəbərdarlıq etdiyi iddia edilib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Axios xəbər agentliyi iddianı İsrail və ABŞ-ın 2 rəsmisinə əsaslandırıb.
Xəbərə görə, İsrail hökuməti Beynəlxalq Cinayət Məhkəməsi İsrail liderlərinin həbsinə order verərsə Fələstin Administrasiyasının dağılmasına səbəb olacaq bir cavab verəcəyi ilə bağlı Co Bayden administrasiyasına xəbərdarlıq edib.   Netanyahu bildirib ki, həbs qərarı verilərsə, bu, “tarixi ölçüdə qalmaqal”a səbəb olacaq. Axios-un fikrincə, mümkün addımlardan biri vergi gəlirlərinin transferini dondurmaqla işğal altındakı İordan çayının qərb sahilini idarə edən Fələstin Administrasiyasını müflis etmək ola bilər. İsrail fələstinlilər adından vergi toplayır və 1994-cü il Oslo razılaşmasına əsasən, Fələstin Muxtariyyətinə aylıq köçürmələr edir. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla