”Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm”. SİA xəbər verir ki, bu sözləri “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Əlimurad Hacızadə deyib.
2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayan idmançı çox sevindiyini bildirib: "Bu, çox gözəl hissdir. Sözlərlə ifadə etmək çətindir. Başa düşmək üçün bu anları yaşamaq lazımdır. Bu il dünya çempionatı da keçiriləcək. Digər beynəlxalq yarışlarda da yaxşı nəticə göstərmək niyyətindəyəm".
Ləman Sərraf