AZ

Rusiyadan Ermənistana pul köçürmələri azalıb

Birinci rübün nəticələrinə görə, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi ötən illə müqayisədə 40% azalaraq 656,6 milyon dollar təşkil edib.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında Rusiya Federasiyasından Ermənistana 1,1 milyard dollar daxil olub.



"Bu, qismən hesablaşma və ödəniş sisteminin fəaliyyəti ilə bağlı ola bilər, lakin daha böyük və daha təsirli amillər, o cümlədən geosiyasi və iqtisadi amillər də var ki, onlar vəsaitlərin axınına əhəmiyyətli dərəcədə təsir göstərir", - Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib.



Bundan əlavə qeyd olunub ki, bu ilin ilk üç ayında Rusiyadan Gürcüstana da pul köçürmələri 73% azalaraq 182,8 milyon dollar təşkil edib.

Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
sfera.az

1Mənbələr