AZ

Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH

Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH

Uzun müddətdir Rusya-Ukrayna müharibəsi davam edir. Bu ilin fevralından artıq sözügedən müharibənin iki ili tamam olub. Gedən proseslər onu deməyə əsas verir ki, hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir zəmin görünmür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpası və rus qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Moskva administrasiyası isə Ukraynanın real ölkə olmadığını və Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini iddia edir. Bəs hansı halda Rusiya-Ukrayna müharibəsi bitə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Rusiya - Ukrayna müharibəsi 2022-ci ilin fevralından aramsız şəkildə davam edir:

"Əslində hər iki tərəf məqsədinə nail olmayıb. Rusiyanın hücumundakı əsas məqsədi ölkəni NATO istiqamətinə aparan Velodimir Zelenskidən qurtarmaq idi. Onu devirib Rusiyaya meyilli və etnik olaraq Rusiyanın olduğu bölgələrdə özünə bağlı yerli idarəetmə orqanları formalaşdırmaq idi. Zelenski isə Putinin üzərində qələbə çalaraq Donbas və ona yaxın əraziləri, o cümlədən Krımı azad etmək idi. Ancaq hər iki tərəf burada mövqe müharibəsində qalıb. Nə rus ordusu tam irəliləyə bilir, nə də Ukrayna ordusu işğal edilmiş əraziləri geri ala bilmir. Buna görə də hər iki tərəfdə səngərdə ciddi itkilər verir. Heç bir tərəfin qələbəsi yoxdur. Bu gün Rusiya Ordusu bir az daha üstün mövqedədir deyə bilərik. Xüsusilə qərbdən Ukraynaya yardımların kəsilməsi, İsrail müharibəsinin Ukraynanın önünə keçdiyi üçün, onlara olan diqqəti bir az azaldıb".

Politoloqun sözlərinə görə, ikiki tərəfdən biri ya Moskva yaxud Kiyev müharibəyə davam edərək istədikləri nöqtəyə çatarsa müharibə sona çata bilər:

"Digər tərəfdən atəşkəs müzakirələrinə şərtlər yerinə yetirilməlidir. Məsələn aktiv əməliyyatların davam etdiyi bu günlərdə kim hansı ərazidədirsə, o bölgələrdə qalacaq. Müharibə sonlanacaq. Rusiyaya yönəlik sanksiyalar azaldılacaq. Kiyev NATO-ya girməmək haqqında , Rusiya isə bir daha Ukrayna ərazilərinə hücum etməmək haqqında öhdəlik götürəcəksə, NATO-ya girməsə belə Ukraynanın hər hansı bir müdafiə konsepsiyasına üzv olması və belə bir mexanizmin tətbiqi nəticəsində bu vəziyyət dəyişə bilər. Üçüncü variant odur ki, bu da hakimiyyət dəyişikliyidir. Ya Vladimir Putin, ya da Zelenski öz komandalarını hakimiyyət ilə dəyişəcəksə müharibənin sonlanacağını düşünürəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
49
Mənbələr
Şərh ()
Bağla