AZ

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

Gələn həftə Romada başlayacaq “Masters” turnirində Yannik Sinner də çıxış etməyəcək. O, zədə səbəbilə yarışdan kənarda qalmalı olub.

İtaliyalı tennisçi bu il ən çox xal toplayan idmançıdır. Yannik Sinnerin bud əzələsində problem var. Əzələdəki nasazlıqlar Monte-Karlo turnirindən özünü büruzə verməyə başlamışdı.

İtaliyalı tennisçi həkimlərin məsləhəti ilə bir müddət dincəlməlidir. O, “Rolan Qarros”da iştirak etməyi planlaşdırır.

Xatırladaq ki, dünən digər bir ulduz tennisçi Karlos Alkaras da Romada oynamayacağını bəyan etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
25
Mənbələr
Şərh ()
Bağla