AZ

Şəhid Eldar Cabbarovun xatirəsi yad edildi - FOTO/VİDEO

Goranboy rayon Səmədabad kəndindən olan şəhid Eldar Cabbarovun xatirəsi yad edilib.   Manset.az-ın məlumatına görə, kəndin yeganə şəhidi olan Cabbarov Eldar Aslan oğlunun xatirəsinə kəndin girişinə yeni qoyulan xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib. Cabbarov Eldar Aslan oğlu 20 avqust 1974-cü ildə Goranboy rayonunun Səmədabad kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra, 1992-ci ildə Qusar rayonu "N" saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Daha sonra Füzuli istiqamətindəki döyüş bölgəsinə göndərilib. O, Zəngilan ətrafında gedən döyüşlərdə də igidlik göstərib. 1993-cü ildə Murovun “Güzgü” adlanan ərazisində döyüşərək şəhadət zirvəsinə ucalıb. Goranboy rayon Səmədabad kənd tam orta məktəbin UBTR Əliyeva Kamilə İsbəndiyar qızı tərəfindən təşkil olunan tədbirdə şəhid Eldar Cabbarovun, Arəstə Baxışovanın, Xuduş Kazımovun, Taleh Mustafazadənin adını daşıyan siniflərin şagirdləri şeirlər söyləyiblər. Şəhidin doğmaları, sinif yoldaşları, şagirdlər, kəndin ziyalı ağsaqqalları, İkinci Vətən müharibəsi iştirakçıları və məktəbin bir qrup müəllimi şəhidimizin keçdiyi döyüş yollarından, qəhrəmanlıqlarından danışaraq onu ehtiramla yad ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla