AZ

“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI

Bundesliqada “Ayntraxt Frankfurt”u 5:1 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” ardıcıl 48-ci oyundur ki, məğlubiyyətsiz qalıb.

Publika.az xəbər verir ki, “Bayer Leverkuzen” "Benfika Lissabon"un 22 dekabr 1963-cü ildən 1965-ci il fevralın 7-nə qədər ardıcıl 48 məğlubiyyətsiz matçdan ibarət rekord seriyasını təkrarlayıb.

“Bayer Leverkuzen” artıq ilk 5 çempionatda (46 matç) rekord məğlubiyyətsizlik seriyasını qırıb.

Bu mövsüm “Bayer Leverkuzen” ispan məşqçi Xabi Alonsonun rəhbərliyi altında "Bavariya"nın 11 illik hegemonluğunu qıraraq tarixində ilk dəfə Almaniya çempionu olub. Həmçinin “Bayer Leverkuzen” komandasının Almaniya kubokunu qazanmaq şansı var: “Kayzerslautern”lə titul matçı mayın 25-də baş tutacaq.

“Bayer Leverkuzen” Avropa Liqasında qələbə uğrunda mübarizəni də davam etdirir. Klub sonuncu dəfə 36 il əvvəl, 1987/88 mövsümündə UEFA Kubokunu qazananda Avropa çempionatının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
15
Mənbələr
Şərh ()
Bağla