AZ

Rusiya bakılı ermənini axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu axtarışa verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya nazirliyin məlumat bazasında yer alıb.

Qeyd olunur ki, “Daxili İşlər Nazirliyi 2 yanvar 1964-cü ildə Bakı şəhərində anadan olmuş, milliyyətcə erməni olan Arsen Borisoviç Avakovu axtarır”.

Avakovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi göstərilməyib.

Ukraynanın keçmiş informasiya siyasəti naziri Yuri Stets (2014-2019) də adı açıqlanmayan cinayət işi üzrə axtarışdadır.
Xatırladaq ki, Avakov 2014-2021-ci illərdə prezidentlər Petro Poroşenko (2014-2019) və Vladimir Zelenskinin dövründə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl o, Ali Radanın deputatı olub (2012-2014). 2005-2010-cu illərdə Xarkov vilayəti administrasiyasına rəhbərlik edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla