AZ

Rusiyada 9 medal

Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilən “Rektor Kuboku” turnirində 9 medal qazanıblar.

Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.

Təmsilçilərimizin qazancı 2 qızıl, 4 gümüş və 3 bürünc medal olub.

Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qızıl, 100 m batterflyay, 200 m qarışıq və 200 m sərbəst üsulda gümüş medala sahib çıxıb.

Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 100 m sərbəst üsulda və 200 m qarışıq üsulda 3-cü yeri tutub.

Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatlar uğrunda mübarizə aparıblar.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
9
Mənbələr
Şərh ()
Bağla