AZ

Rəfah əməliyyatı 1 milyon insanın həyatını riskə atacaq

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində yəhudi dövlətinin həyata keçirəcəyi mümkün hərbi əməliyyatın 1 milyondan çox fələstinlinin həyatını riskə atacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.

O, iki ölkə liderləri arasında mayın 6-da baş tutan telefon danışığına toxunaraq vurğulayıb: “Biz 1 milyondan çox günahsız insanın həyatına təhlükə yarada biləcək Rəfah əməliyyatı ilə bağlı fikirlərimizi açıq şəkildə ifadə etmişik. Baş nazir Netanyahu ilə telefon danışığı zamanı prezident bir daha açıq şəkildə bildirdi ki, biz girovların azad edilməsi ilə bağlı razılaşmanın bu nəticədən qaçmağın ən yaxşı yolu olacağına inanmağa davam edirik”, – Kirbi əlavə edib.

O, İsrail ordusunun mümkün əməliyyatının təfərrüatlarını müzakirə etməkdən imtina edərək qeyd edib:

“Yalnız bir daha təkrar edə bilərəm ki, prezident bu səhər Netanyahuya Rəfahda bölgədəki mülki əhalinin əksəriyyətini və ya hətta hər hansı bir hissəsini böyük risk altında qoyan quru əməliyyatını dəstəkləmədiyimizi söylədi.
Biz onların təhlükəsizliyinin təmin edilməsini və nəzərə alınmasını istəyirik”, - Ağ Evin sözçüsü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla