AZ

İran və Azərbaycan arasında hidroqovşağın istifadəyə veriləcəyi gözlənilir

Bakı. Trend:

Gələn günlər ərzində İran və Azərbaycan arasında Araz çayıüzərində Qız Qalası hidroqovşağının istifadəyə veriləcəyigözlənilir.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan RegionalSu Şirkətinin icra direktoru Yusif Qaffarzadə deyib.

Onun sözlərinə görə, bu su hidroqovşağı iki ölkə arasında ənönəmli layihələrdən biridir ki, tam şəkildə istifadəyəhazırdır.

Qaffarzadə bildirib ki, Araz su bəndindən 196 km aşağı hissədəyerləşən Qız Qalası hidroqovşağının istifadəyə verilməsi ilə İranərazisində 74 min hektar kənd təsərrüfatı ərazisi (Ərdəbilvilayətində 62 min hektar, Şərqi Azərbaycan vilayətində 12 minhektar) su ilə təmin olunacaq. Beləliklə qeyd olunan ərazilərdəkənd təsərrüfatı məhsullarının istehsalının artması ilənəticələnəcək.

Şirkət rəsmisi deyib ki, Qız Qalası hidroqovşağı saniyədə 3.44min kubmetr daşqınlarla əlaqədar hər iki tərəfdə tənzimləyici kanalnəzərdə tutulub.

Qeyd edək ki, İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına5.5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsaitxərclənib. Bu su bəndi vasitəsi ilə İranın Şərqi Azərbaycan vəƏrdəbil vilayətlərində 74 min hektar ərazi su ilə təmin olunacaq və85 min nəfərin işlə təmin olunması ilə nəticələnəcək. Bu su bəndiildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyardkubmetr İran üçün) suyu tənzimləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
Mənbələr
Şərh ()
Bağla