Rusiyanın Belqorod vilayətinin Şebekinski şəhər rayonunda raket hücumu təhlükəsi elan edilib. Bu barədə Belqorod meriyasının Telegram kanalında məlumat verilib.
Reyting.az xəbərinə görə, mesajda deyilir:
“Raket təhlükəsi. Mümkünsə evdə qalın. Pəncərələrə yaxın getməyin”.
Qeyd edək ki, bəzi mənbələrin iddiasına görə, Ukrayna Silahlı Qüvvələri mayın 7-də səhər saatlarında Rusiya ərazisinə kütləvi hücuma hazırlaşır. Bildirilir ki, Ukrayna hərbçiləri 50-dən çox pilotsuz təyyarə, eləcə də onlarla uzaqmənzilli raketlərdən istifadə etməyi planlaşdırır.