AZ

Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edildi

Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib.

Aznews.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşım edib.

O bildirib ki, NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb.

X.Kolomina vurğulayıb ki, görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə olunub.

Qeyd edək ki, mayın 10-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almatıda görüşəcək. Görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
36
Mənbələr
Şərh ()
Bağla