Ermənistanın hərbi hissələrindən birinin ərazisində müqaviləli əsgər 1985-ci il təvəllüdlü Artak Serejaeviç Avalyanın meyiti tapılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Onun güllə yarası olan meyiti saat 14:00 radələrində tapılıb. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır”, - idarədən bildirilib.