AZ

Kütləvi imtahanlar elektron formata keçiriləcək - DİM sədri

Dövlət İmtahan Mərkəzinin yeni elektron imtahan korpusunda hər gün iki növbə olmaqla, təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, indiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilib.

"Keçən il təxminən 7 min şəxs elektron imtahanlarda iştirak edib. Bundan sonra həmin rəqəmlər dəyişəcək. Dövlət qulluğu və işə qəbul imtahanları bundan sonra elektronlaşdırılacaq.

İlkin mərhələdə bu il üçün kontingenti iki mindən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə düşünülür. Bir il ərzində kontingenti 10 mindən az olan bütün imtahanlar hamsı elektron şəkildə burada keçiriləcək. Yalnız regional bölmələrlə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradıb, çalışacağıq ki, daha kütləvi imtahanları elektron formata keçirək.

Yüksəliş müsabiqəsinin onlayn sessiyası burada başlayacaq",- deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq