AZ

Fuat Oktay Azərbaycanın Baş nazirini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fuat Oktay "X" hesabında paylaşım edib.

"Əziz dostum, Azərbaycanın Baş Naziri Əli Əsədovun evimizə gəlişindən çox məmnun olduq. İnanıram ki, bu dostluq səfərləri Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişafına töhfə verəcək. Hörmətli baş nazirə təşəkkürümü bildirirəm”, - paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
operativmedia.az

1Mənbələr